EN

Fransada anomal istilərə görə 1300-ə qədər məktəb bağlanacaq

İspaniyanın Barselona şəhərində son 100 ilin ən isti iyun ayı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə İspaniyanın Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Barselonada 1914-cü ildən bəri ilk dəfə olaraq temperatur 37.9 dərəcəyə qalxıb.

Fransada da temperaturun normadan yüksək olduğu bildirilir. Paytaxt Parisdə havanın temperaturunun 40 dərəcəyə qədər artacağı proqnozlaşdırılır. Bundan əlavə, Fransa Təhsil Nazirliyi isti hava şəraitinə görə, ümumilikdə 1300-ə qədər məktəbin tam və ya qismən bağlanacağını bəyan edib.

Anomal istilər Belçika və Niderlandda da müşahidə olunur.

İtaliya Səhiyyə Nazirliyi isə 17 böyük şəhərdə isti hava dalğasının hakim olduğunu açıqlayıb.

Chosen
5
16
apa.az

10Sources