EN

Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu FOTO

ain.az bildirir, Azxeber.com portalına istinadən.

Bakı metropolitenində yerləşdirilən yeni tipli reklam lövhələri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda reklam lövhələrinin stansiyaların daxilindəki sütunların üzərinə quraşdırıldığı əks olunub.

SSRİ dönəmində tikilmiş, rəngarəng mozaik bəzəkləri və dekorativ panelləri ilə fərqlənən metropoliten stansiyalarının bədii görünüşünün pozulduğunu bildirən sosial media istifadəçiləri bu lövhələri "görüntü çirkliliyi” adlandıraraq kəskin etiraz ediblər.

İstifadəçilər hesab edir ki, belə reklam panelləri stansiyalardakı bədii interyeri korlayır və memarlıq üslubuna zərbə vurur.

Qeyd edək ki, Bakı Metropolitenində reklam yerləşdirmə üzrə aylıq qiymətlər stansiyalara görə dəyişir. Reklamdan əldə edilən ümumi gəlir ayda təxminən 110–120 min manat, illik isə 1,3 milyon manat təşkil edir. 2022-ci ildə reklam gəlirləri metro gəlirlərinin cəmi 3 faizini təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
21
azxeber.com

10Sources