EN

Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası başa çatıb

Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin 2025-ci il üçün nəzərdə tutulan attestasiyası başa çatıb.
 
Moderator.az xəbər verir ki, attestasiya prosesi 5 regionda - Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz zonalarında həyata keçirilib. İmtahanlar 4 ay davam edib və ümumilikdə 4 000 müəllimi əhatə edib.
 
Attestasiyanın gedişi ilə bağlı jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, bu miqyasda imtahan prosesi Mədəniyyət Nazirliyinin sistemində ilk dəfə həyata keçirilib:
 
"Təxminən 12-13 min musiqi və incəsənət məktəbi müəlliminin hamısı qanunvericiliyin tələbinə əsasən attestasiyadan keçiriləcək".
 
C.Valehov əlavə edib ki, digər müəllimlərin attestasiyaya cəlb olunması prosesi 2026-cı ilin sonunadək başa çatdırılacaq.
Chosen
7
16
moderator.az

10Sources