EN

Ödənişli yolda maşın aşdı

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bakı-Quba Rusiya federasiyası sərhədi ödənişli avtomobil yolunda minik avtomobili aşıb.

"Unikal" xəbər verir ki, Sumqayıt şəhər sakini Əzimə İmanovanın idarə etdiyi "Changan" markalı avtomobil yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qəzaya uğrayıb. Sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneələrə çırpılan maşın aşıb.

Hadisə zamanı avtomobildə tək olan sürücü yüngül xəsarətlər alıb.

Qəza yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, yolda hərəkətin təhlükəsizliyi təmin edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
32
unikal.az

10Sources