EN

Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb

Musiqi
Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb. 1news.az xəbər verir ki, proses ölkənin beş regionunda həyata keçirilib.
Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regionlarında keçirilən attestasiya imtahanı 4 ay davam edib və ümumilikdə 4 min müəllimi əhatə edib. Attestasiyanın gedişatı barədə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, bu həcmdə imtahan prosesi Mədəniyyət Nazirliyi sistemində ilk dəfə gerçəkləşib: “Musiqi-incəsənət məktəblərində fəaliyyət göstərən təqribən 12-13 min müəllimin hamısı qanunvericiliyin tələbi ilə attestasiyadan keçiriləcək”.

O, digər müəllimlərin də attestasiyaya cəlb olunmasının 2026-cı ilin sonuna qədər yekunlaşdırılacağını vurğulayıb.

Chosen
7
18
1news.az

10Sources