EN

Maskın ABŞ-ın məxfi məlumatlarına girişi üzə çıxdı

İlon Mask ABŞ Hökumətinin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edərkən, nəzəri olaraq rəqiblərlə mübarizədə istifadə edə biləcəyi özəl şirkətlərin məxfi məlumatlarına giriş əldə edib.

Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) araşdırma məlumatlarına istinadən yazıb.

"Hökumətlə paylaşdığımız məlumatların çoxu həssasdır. Biz onların qorunacağını gözləyirik və indi özümüzü həssas hiss edirik", - deyə "SpaceX" ilə rəqabət aparan bir şirkətin sözçüsü bildirib.

Materialın müəllifləri vurğulayıblar ki, məlumatdan sui-istifadəyə dair birbaşa sübut tapılmadı, lakin DOGE NASA müqavilələrindən tutmuş amerikalıların maliyyə dosyelərinə qədər ən azı yeddi federal agentliyin məxfi məlumatlarına çıxış əldə edib.

Chosen
9
13
publika.az

10Sources