Putinin “tut yemiş bülbülü” Solovyov dünən yenə əsib-coşdu, Azərbaycana qarşı hədələr səsləndirdi – dedi, elə edərik ki, siz pomidorunuzu Rusiyada sata bilməzsiz, o zaman görək pomidoru harda satacaqsınız.
Bu sözləri siyasətçi Natiq Cəfərli qeyd edib.
“5100 nüvə başlığı, 17 mln. kv.km ərazisi olan ölkənin təhdidinə baxın: “pomidorunuzu almarıq”! Belə düşük şimal qonşumuz var, məhz belə bəsit olduqlarına görə nüvə bombalarına, raketlərinə, ərazisinin böyüklüyünü baxmayaraq, Rusiya cılızdı, kiçikdi, heç vaxt sözün siyasi, iqtisadi, mənəvi mənasında böyük ölkə ola bilməyəcək”, - o bildirib.
Ekspert xatırladıb ki, 2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 mln. dollarlıq mal satıb, Rusiyadan isə 1,7 mlrd. dollarlıq mal alıb: