EN

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Bakı. Trend:

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək vəgənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi“PO Growth” inkişaf proqramı uğurla başa çatıb. Proqramiştirakçıları məhsulun ideyanın yaranmasından — ilkin tədqiqat vəehtiyacların müəyyənləşdirilməsi mərhələsindən başlayaraqistifadəyə verilməsi və sonrakı post-analiz mərhələsinə qədər olanbütün inkişaf dövrünü əhatəli şəkildə öyrənmək imkanı əldəediblər.

Proqrama 493 nəfər müraciət edib və onlardan yalnız 33 nəfərseçim mərhələlərini uğurla keçərək layihədə iştirak hüququ qazanıb.Dörd ay davam edən proqramda iştirakçılar 5 modul üzrə intensivtəlimlərə cəlb olunublar. Təlimlər yalnız nəzəri deyil, həm dəpraktiki nümunələr, testlər və interaktiv vörkşoplar vasitəsiləiştirakçıların biliklərinin möhkəmləndirilməsi də təmin olunub.

Proqramın fərqləndirici cəhətlərindən biri də ondan ibarət olubki, iştirakçılar yalnız biznes sahəsində deyil, texniki aspektlərüzrə də məlumatlandırılıblar. Onlara məhsulun inkişafında sistemliyanaşma və müştəri ehtiyaclarının düzgün təhlili ilə bağlı praktikibiliklər qazandırılıb. Eyni zamanda liderlik, komanda işi vəeffektiv ünsiyyət kimi yumşaq bacarıqlar da proqram çərçivəsindəinkişaf etdirilib.

Təlimlər Kapital Bank-ın müxtəlif sahələrindən olan təcrübəlirəhbər heyət üzvləri, məhsul sahibləri və çevik idarəetmə üzrəixtisaslaşmış peşəkarlar tərəfindən keçirilib. Bu isə iştirakçılarareal təcrübədən öyrənmək və bütün suallarına əhatəli cavab almaqfürsəti yaradıb.

Qeyd edək ki, Kapital Bank ölkəmizdə çevik idarəetməmetodologiyasını (“Agile”) tətbiq edən ilk maliyyə qurumlarındanbiridir. 2018-ci ildən etibarən bu yanaşmanı daxili proseslərinəinteqrasiya edən bank, bu gün məhsul komandalarının fəaliyyətinidaha operativ və müştəriyönümlü şəkildə təşkil edir. Çevikidarəetmə komandalararası əməkdaşlığı gücləndirir, qərarlarınsürətli qəbuluna və innovativ həllərin daha tez tətbiqinə imkanyaradır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildirvə Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsiilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişiüçün – https://kbl.az/prgtk,Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Məqalədə:
Chosen
1
50
az.trend.az

10Sources