Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, bu hadisələr təkcə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərində deyil, həm də bölgədə etnik azlıqların təhlükəsizliyi məsələsində ciddi sual işarələri yaratdı:
“FSB əməkdaşları tərəfindən Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə keçirilən basqınlar zamanı qeyri-mütənasib güc tətbiq edildi. Şahidlərin ifadələrinə görə, həbs edilənlərdən birinə elektrik cərəyanı ilə işgəncə verildi. Bu, beynəlxalq hüququn əsas prinsiplərinin və insan hüquqlarının kobud şəkildə pozulmasını göstərir. Hadisələrin səbəbi və hüquqi əsası barədə Rusiya rəsmiləri tərəfindən aydın izahat verilmədi, bu da əməliyyatların qanunsuz xarakter daşıdığına dair şübhələri artırdı. Yekaterinburqda baş verən hadisələr təkcə ayrı-ayrı fərdi cinayətlər deyil, daha geniş siyasi kontekstdə qiymətləndirilməlidir. Rusiyadakı azərbaycanlı icmasına qarşı sistematik təzyiqlər son illərdə artmaqdadır və bu, ikitərəfli münasibətlərdə ciddi problemlər yaradır. Yekaterinburq hadisələri regionda etnik azlıqların təhlükəsizliyi məsələsini ön plana çıxardı. Azərbaycan həm öz vətəndaşlarının, həm də Rusiyada yaşayan azərbaycanlı icmasının təhlükəsizliyini təmin etmək üçün kompleks yanaşma tətbiq etməlidir”.
Deputatın sözlərinə görə, bu, diplomatik təmasların gücləndirilməsi, hüquqi mexanizmlərin aktivləşdirilməsi və ictimai rəyin mobilizasiyasını əhatə edir:
“Bu hadisələr həm də Azərbaycanın xarici siyasətində diversifikasiya strategiyasının əhəmiyyətini bir daha sübut etdi. Tek tərəfdaşlığa əsaslanan münasibətlərin risklərini minimuma endirmək üçün çoxtərəfli diplomatik əlaqələrin inkişafı vacibdir. Gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Azərbaycan dövləti həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə daha effektiv mexanizmlərin yaradılmasına yönəlməlidir. Bu, təkcə konkret hadisələrə reaksiya vermək deyil, həm də uzunmüddətli perspektivdə vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin edən sistemli yanaşmanın tətbiqini tələb edir”.
Leyla Turan
Demokrat.az
10Sources
-
modern.azRusiya dostsuz qalacaq! Qazax jurnalistdən SƏRT YAZI ( 18835687)
-
modern.azRusiya dostsuz qalacaq! - Qazax jurnalistdən SƏRT YAZI ( 18835672)
-
axar.azRusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq ( 18835516)
-
axar.azRusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq ( 18835510)
-
azpolitika.info“Babalarımı öldürən canilər hazırda soydaşlarımızı öldürürlər” Anar Bağırov ( 18833974)
-
metbuat.azSoydaşlarımıza qarşı törədilənlər qeyri-insani rəftardır - ( 18834052)
-
ikisahil.azRusiyada soydaşlarımıza qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır ( 18833740)
-
hakimiyyet.azAnar Bağırov: Rusiyada soydaşlarımıza qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır ( 18833596)
-
paralel.azAnar Bağırov: Rusiyada soydaşlarımıza qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır ( 18833536)
-
olke.azAnar Bağırov: Rusiyada soydaşlarımıza qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri insani rəftardır ( 18833299)