EN

Yeniyetmələr arasında sürətli şahmat turniri keçirilib

Azərbaycan Şahmat Federasiyasının Uşaq və Yeniyetmələr üzrə Komissiyası və Türkiyənin TRT kanalının təşkilatçılığı ilə sürətli şahmat turniri keçirilib.

Operativ Media xəbər verir ki, 20 iştirakçının qatıldığı yarışda medallar uğrunda yeniyetmələrdən ibarət yığma komandanın üzvləri, o cümlədən ölkədaxili və beynəlxalq turnirlərin mükafatçıları mübarizə aparıb. 

6 xal toplayan Rəvan Uğuzov turnirin qalibi adını qazanıb. Eyni xala malik Rüstəm Rüstəmov əlavə göstəricilərə görə ikinci yeri tutub. Aqşin Əlizadə 4,5 xalla üçüncü olub. Məryəm Ağabərdiyeva ən yaxşı qız iştirakçı kimi mükafata layiq görülüb. Ən gənc iştirakçı kateqoriyasında isə Xanımzar Hümbətli təltif olunub. 

Qalib və fərqlənən şahmatçılara mükafatları Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənov və Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Aynur Sofiyeva təqdim edib. 

Chosen
8
39
operativmedia.az

10Sources