EN

"Ətək geyindiyim üçün Lider TV-də maaşımı kəsmişdilər"

"Ətək geyindiyim üçün Lider TV-də maaşımı kəsmişdilər""Qeyri-peşəkar şirkətdə işləyirdim: ABA, Space TV. Aparıcılara, işçilərə heç bir təcrübə keçmirdilər. Bizi ildə bir dəfə başqa aparıcıların yanına təcrübə keçməyə göndərməli, danışıq koçu tutmalı idilər. Burada baxıram aparıcı üzərində kimlər çalışır. Bizdə mikrofonu verirlər ki, get aparıcılıq et. Mənə deyirdilər, Günel şitlik edir, atdanıb, düşür. Mən bilmirdim nə edirdim. Qonağın bioqrafiyasını göstərmirdilər. Özüm tapırdım, oxuyurdum".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Günel Musəvi Səcxavət Nurun "Americano" yutub layihəsində danışıb. Amerikada yaşayan Günel ABA kanalında və Lider TV-də çalışdığı illərdən danışıb:

"İndiyənə qədər Azərbaycanda heç nə dəyişməyib. Aparıcılara dəyər verilmir. Özfəaliyyətdir, kanallarımızda peşəkarlıq yoxdur. ABA-dan sonra Lider TV-yə getdik. Oranın reytinqini qalıdırdıq. İnsanlar ancaq Lider TV-yə baxdı, nə qədər sponsor gəldi, pullar qazanıldı. Amma maaşlar qalxdı? Yox, maaş verəndə işçiləri sıraya düzürdülər. Gec verirdilər. Bir dəfə maaşımı kəsdilər, ətək geyinmişdim. 300 dolların nəyini kəsirdiniz? Deyirdilər, sənə ətək geyinmək olmaz, sən oğlansan".

Chosen
5
50
big.az

10Sources