EN

Günəşdən alınan enerjilər yay aylarında daha səmərəli olur EKSPERT FİKRİ

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Qızmar yay günlərində Günəşdən iki əsas enerji növü – istilik enerjisi və elektrik enerjisi əldə edilir. Günəşdən alınan istilik enerjisi əsasən məişətdə, xüsusilə suyun qızdırılması və qızdırıcı sistemlərdə istifadə olunur. Eyni zamanda bu enerji növü otellər, restoranlar və digər kommersiya obyektlərinin isitmə sistemlərində də tətbiq oluna bilər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri Ramiz Kəlbiyev deyib.

Onun sözlərinə görə, elektrik enerjisi isə günəş panelləri (fotovoltaik sistemlər) vasitəsilə əldə edilir: "Günəşdən alınan elektrik enerjisi iki formada istifadə edilə bilər: şəbəkəyə qoşulu sistemlər (on-grid) və müstəqil, yəni şəbəkədən ayrı çalışan sistemlər (off-grid).

Şəbəkəyə qoşulu sistemlərdə əldə edilən enerji birbaşa elektrik şəbəkəsinə ötürülür və bu yolla həm fərdi istifadə, həm də geniş miqyaslı enerji təchizatı təmin olunur. Şəbəkədən ayrı çalışan sistemlərdə isə elektrik enerjisi akkumulyatorlara toplanır və ehtiyac olduqda məişət və ya təsərrüfat məqsədləri üçün istifadə olunur.

Qeyd etmək lazımdır ki, günəşdən alınan istilik enerjisi yay aylarında daha səmərəli olur, çünki bu enerji birbaşa Günəşin yaydığı istilikdən asılıdır. Elektrik enerjisi isə əsasən Günəş şüalarının intensivliyindən – yəni işıq selindən (parlaqlıq səviyyəsindən) asılı olaraq yaranır. Fotovoltaik panellər Günəşin istiliyindən deyil, məhz şüa axınından (fotonlardan) elektrik enerjisi istehsal edir"- deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
46
sia.az

10Sources