EN

Zelenski Rusiyaya qarşı tribunal üzrə sazişi təsdiqlədi

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında Rusiyanın Ukraynaya qarşı təcavüzünə dair xüsusi tribunalın yaradılması üzrə sazişin ratifikasiyası üçün sənədləri imzaladığını bildirib.

Xalqcebhesi.az-ın məlumatına görə, Zelenski qeyd edib ki, bu saziş Ukrayna ilə Avropa Şurası arasında imzalanıb. İndi isə tribunalın yaradılması prosesinə başlamaq üçün sənədin sürətlə ratifikasiya olunması vacibdir.

Ukrayna lideri həmçinin müvafiq qanunvericilik dəyişikliklərinin tezliklə hazırlanaraq Ali Radaya təqdim olunması barədə tapşırıq verib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
10
icma.az

10Sources