EN

Uşaqlıqdan bir yerdə böyüyən şəxslərin evlənməsi doğru deyil Sosioloq

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

İyulun 1-dən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı qanunu dəstəklədiyini deyib:“Ailə institutumuzun tək mənfi cəhəti qohum evlilikləri idi. Qohum evliliklərində ciddi fiziki-bioloji  fəsadlar olurdu. Qohum evliliyinin genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və təqribən dünya əhalisinin 20% bu problemdən əziyyət çəkir. Müxtəlif xəstəliklər baş verirdi. Mənəvi-psixoloji cəhətdən əmioğlu, bibiqızı, xalaqızı bacı-qardaş sayılır. Uşaqlıqdan bir yerdə böyüyən şəxslərin evlənməsi doğru deyil. Ona görə də valideynlər uşaqlarına izah etməlidilər ki, bu sənin bacın və ya qardaşındır. Qohum evliliklərinin  99 %-i valideyn tərəfindən təşkil olunur. Mülküm özümə qalsın bəhanəsi ilə qohum evlilikləri artır.  Bütün bunları qəbul etmək olmaz”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
7
demokrat.az

10Sources