
Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli KİV-də məlumat və görüntülər dərc olunub.
Sözügedən dəstələrin üzvlərinin Rusiya vətəndaşları olduğu bildirilir.
Qeyd olunub ki, həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.