EN

"Sabah"ın rəqibi yeni transferini açıqladı

"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan "Selye" heyətinə yeni futbolçu qatıb.

"Football-plus.az" xəbər verir ki, Sloveniya təmsilçisi yarımmüdafiəçi Andrey Kotniklə anlaşıb. 29 yaşlı oyunçunun müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunadək nəzərdə tutulub. O, son olaraq Çində "Dalian Kun Siti"nin formasını geyib.

Qeyd edək ki, "Sabah" və "Selye" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20.00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

Chosen
4
1
football-plus.az

2Sources