EN

"Sputnik Azərbaycan" işinə Xətai Məhkəməsi baxacaq

"Sputnik Azərbaycan" işinə Xətai Məhkəməsi baxacaq

"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun məhkəmələri keçiriləcək.

"Report"un məlumatına görə, bu iş üzrə təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirib ki, “Rossiya Seqodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onun sözlərinə görə, həmin qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Buna baxmayaraq, "Sputnik Azərbaycan" nümayəndəliyinin fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Chosen
1
49
afn.az

10Sources