EN

"Sputnik Azərbaycan"da saxlanılan şəxslərin məhkəməsi keçiriləcək

"Sputnik Azərbaycan"da əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun məhkəmələri keçiriləcək.

Redaktor.az xəbər verir ki, sözügedən təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirib ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onun sözlərinə görə, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Chosen
1
49
redaktor.az

10Sources