BAKI, 2 iyul. TELEQRAF
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı rəssam Rəhim Məmmədov vəfat edib.
Bu barədə Teleqraf-a Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Əməkdar rəssamın bu gün vəfat etdiyi qeyd edilib.
Mərhumun vida mərasimi iyulun 2-də Saküderdə keçiriləcək.