EN

VACİB XƏBƏR! Rusiya - Azərbaycan arasında gərginlik NƏ QƏDƏR DAVAM EDƏCƏK?

Məlum olduğu kimi iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 5 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib. Yekaterinburqda o cümlədən Rusiyanın digər bölgələrində soydaşlarımıza qarşı zorakılıqların olduğu da bildirilir.


Ümumiyyətlə azərbaycanlılara qarşı belə amansız rəftar və cinayətlərin səbəbi nədir? Rusiya ilə Azərbaycan arasında ciddi qarşıdurma ola bilərmi? Rusiyanın bu addımları nəyə hesablanıb?  


Mövzu ilə bağlı AĞ partiya sədri Tural Abbaslı Referans-a açıqlamasında deyib ki, elə hadisələr dönəm-dönəm olur və yəni hər zaman Rusiya siyasətinin mərkəzində duran fakt odur ki, diplomatik yollarla əldə edə bilmədikləri, belə deyək təmin edə bilmədikləri maraqları təhdid yoluyla, şantaj ,basqı və təzyiq yoluyla əldə eləməyə çalışırlar. Həmçinin zaman - zaman bu və digər məsələlərə görə bu və ya digər formada Azərbaycana təzyiqlər, basqılar ediblər. Adətən bu basqılar tarixdə Qarabağ üzərindən olurdu. Qarabağın Azərbaycanın maraqlarına uyğun belə deyək həll olunması istiqamətində təhdidlər edirdilər bizi və Azərbaycan da hesablaşırdı. Nəzərə alırdı ki Qarabağ Azərbaycan prioritet məsələsidir. Bir çox məsələlərdə Rusiya bu və digər məsələlərdə endirim güzəşti edə bilirdi. Amma əsasən 2023-cü ildən sonra Xankəndində bir günlük antiterror əməliyyatdan sonra  Qarabağ tam azad olundu və Azərbaycanın nəzarətinə keçdi, suverenliyi bərpa olundu. Bundan sonra isə artıq Azərbaycan öz qonşuları ilə və dünya dövlətləri ilə müstəqil, bərabərhüquqlu siyasət yürütməyə başladı. 




Partiya sədri onu da bildirib ki, görünən odur ki, Rusiya hələ də bunu qəbul eləmək istəmir və hələ də Azərbaycana öz maraqlarını təhdid, şantaj yoluyla qəbul etdirməyə çalışır . Eyni zamanda da Yekaterinburqda baş verən hadisələr Azərbaycana təzyiq vasitəsidir. Heç kəsə sirr deyil ki, Azərbaycan mənşəli və Azərbaycan vətəndaşları 2 milyondan artıq Rusiyada çalışan Azərbaycan vətəndaşları var və onlar orada öz alın tərləri ilə, öz zəhmətləri ilə pul qazanırlar. Həm də təbii ki, Rusiya iqtisadiyyatına gəlir qazandırırlar və hər dəfə Rusiyanın artıq təzyiqi çarxları tükəndikdən sonra həmin vətəndaşlar üzərindən Azərbaycana təzyiq etməyə çalışırlar. Bu  basqın, yəni polislərin, AMON-un özünü terrorçular və quldurlar kimi aparması, insanlara işgəncə verməsi, hətta insanların məhkəməsiz, istintaqsız döyə-döyə öldürməsi Azərbaycana bir mesaj idi. Azərbaycan da artıq  Qarabağ problemini həll eləmiş, müstəqil Azərbaycandır. Bu mesajı da Azərbaycan açıq şəkildə aldı və buna adekvat olaraq da cavab verir. Yəni Azərbaycan da özünün təsir vasitələrindən istifadə edərək Rusiyaya adekvat cavab verməyə çalışır və bu cavab da veriləcək. Rusiya  tərəfindən hələlik Putinin köməkçisi Peskovun və Zaxarovanın bu məsələ ilə ümumi açıqlamaları var. Yenə deyirəm günahı özlərində görmürlər.


Siyasətçi hesab edir ki, bir-iki cəhddən sonra artıq Rusiya anlayacaq ki, Azərbaycanla artıq yeni ritorika ilə, yeni münasibətlər sistemində əlaqə qurmaq, danışmaq lazımdı. Təhdid dili ilə artıq mümkün olmayacaq. Bəli, bu gələcəkdə daha böyük konfliktlərə səbəb ola bilərmi? İnanmıram, çünki  xatırlatmaq istərdim ki, Rusiyanın özü bir neçə ildir Ukraynayla savaşdadır. Rusiya Ukrayna ərazilərində irəliləmiş olsa da  bu savaş Rusiyanın ordusunun maddi-hərbi baxımdan maddi-texniki bazasını zəiflədib və Rusiya yeni bir cəbhənin açılmasında maraqlı deyil. Eyni zamanda da Rusiya iqtisadi blokadadadır. Yəni Ukrayna savaşına görək iqtisadi blokadaya alınıb Rusiya və Azərbaycan dünyada tək-tük dövlətlərdəndir ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb və Rusiya ilə bütün sahələrdə iqtisadi əlaqələri saxlayır. İstər bank sektorunda, istər digər sektorlarda. Yəni bu əlaqələr qalmaqdadır və bir çox məsələlərdə Rusiya Azərbaycan üzərindən beynəlxalq ticarətlə məşğul olur. 


Partiya liderinin fikrincə  Rusiyanın itircəyi daha çox şey var. Sadəcə olaraq Putin öz xislətinə uyğun olaraq, öz xarakterinə uyğun olaraq sona qədər belə deyək, reaksiya verməyə çalışır ki, sona qədər mübarizə aparsın. Artıq görəndə ki, təhdid dili alınmır ondan sonra geri addım atacaq . Amma Putinin psixologiyasını nəzərə alaraq Rusiyanın hazırki addımlarında dəyərləndirmək və adekvat addım atmaq lazımdır. Azərbaycanın hazırki mövqeyi doğrudur.


"Bizə necə salam verirlərsə, elə də cavab almalıdırlar. Yəni istər Rusiya, istər İran, istər digər ölkələr. Azərbaycan artıq müstəqil dövlətdir , Qarabağ problemi olmayan dövlətdir və hər kəs bunu bilərək, bu kontekst üzərindən Azərbaycanla danışıqlar aparmalıdır, tərəfaşlıq qurmalıdır və yaxud digər iqtisadi əlaqələr qurmalıdır",- deyə Tural Abbaslı əlavə edib.


Bünyamin Bünyadzadə

Referans

Chosen
9
referans.az

1Sources