Qəzza zolağında 2023-cü ilin oktyabrından bu yana həlak olan fələstinlilərin sayı 57 minə yaxınlaşır.
Operativ Media xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
"2023-cü ilin oktyabr ayından Qəzzada hərbi əməliyyatların qurbanlarının sayı artaraq 56 647 nəfərə çatıb, daha 134 105 nəfər yaralanıb", - nazirliyin hesabatında deyilir.