EN

Bakıda tıxacın qarşısını bu formada alacaqlar: Nazirlik HƏRƏKƏTƏ KEÇDİ 

“Məktəbli avtobus” layihəsinin növbəti tədris ilindən həyata keçirilməsi planlaşdırılır. Elm və Təhsil Nazirliyinin xüsusi diqqət mərkəzində olan bu layihə, həm şəhərdaxili nəqliyyatda müşahidə olunan tıxacın azaldılmasına, həm də şagirdlərin məktəbə təhlükəsiz şəkildə çatdırılmasına töhfə verməyi hədəfləyir.”

Bu sözləri təhsil eksperti Ramin Nurəliyev KONKRET.az-a açıqlamasında səsləndirib:

Ramin

“Məktəblərin dərsə başlama və bitmə saatlarında şəhərdə nəqliyyat sıxlığı xüsusi ilə nəzərə çarpır. Layihə çərçivəsində bir məktəb avtobusu təxminən 20 fərdi nəqliyyat vasitəsini əvəz edə bilər ki, bu da əhəmiyyətli dərəcədə sıxlığın qarşısını alacaq”.

Ekspert həmçinin vurğulayır ki, məktəbli avtobuslarını idarə edəcək sürücülərin xüsusi hazırlıq keçməsi vacib şərtlərdən biridir. Bu nəqliyyat vasitələrinin sükanında yalnız təcrübəli və təhlükəsizlik qaydalarını tam mənimsəmiş sürücülər dayanmalıdır.

“Layihənin ödənişli və ya ödənişsiz formada icrası məsələsi də gündəmdədir. Ödənişin minimuma endirilməsini, məsələn, 50 qəpik əvəzinə 30-40 qəpik müəyyən olunması valideynlərin bu təşəbbüsə daha həvəslə qoşulmasına səbəb ola bilər.

Bu layihə Prezident İlham Əliyevin Bakı şəhərində tıxac probleminin aradan qaldırılması məqsədilə təsdiq etdiyi tədbirlər planının tərkib hissəsidir. Məsələ ilə bağlı artıq dövlət başçısının müvafiq fərmanı da mövcuddur və hər bir dövlət qurumu, o cümlədən Elm və Təhsil Nazirliyi bu istiqamətdə öz üzərinə düşən vəzifələri icra etməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
15
1
konkret.az

2Sources