EN

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

Ukrayna Prezidenti Volodimir Zelnski Prezident İlham Əliyevə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna liderininin teleqram kanalında məlumat yayılıb.

Zelnski Azərbaycan liderinə Ukraynaya xalqına dəstəyə görə təşəkkür edib. Həmçinin Rusiyanın soydaşlarımıza qarşı kobud rəftarına görə Azərbaycan xalqına açıq dəstəyini ifadə edib.

Səfərov qardaşlarının Rusiya ərazisində qətlə yetirilməsi ilə bağlı ölkəmizə başsağlığı verib:

“Əminəm ki, bütün faktlar aydınlaşacaq. Və ədalətə ehtiyac var”.

Chosen
19
1
qafqazinfo.az

2Sources