EN

Beyləqanda "MAN"la "Nissan" toqquşub, 2 nəfər xəsarət alıb

Beyləqanda yük maşını ilə minik maşını toqquşub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Şərq qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "MAN" markalı yük maşını ilə "Nissan" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Xəsarət alanlar, 1978-ci il təvəllüdlü Abdullayev İlham İsgəndər oğlu və 1989-cu il təvəllüdlü Umudzadə Rəşail Şamil oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən APA-ya bildirilib ki, Abdullayev İlhama bədənin müxtəlif nahiyələrinin sıyrıqları, Umudzadə Rəşailə isə sağ dizin açıq yarası, sol dizin sınığı, bədənin müxtəfil nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin edilib.

Abdullayev İlham zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Umudzadə Rəşail isə ixtisaslı tibbi müayinə olunması üçün İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
31
50
apa.az

10Sources