ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın nüvə obyektlərinə endirilən zərbələr İran hakimiyyəti üçün tamamilə gözlənilməz olub.
Tramp bu barədə “Fox News”a verdiyi müsahibədə deyib. O, qeyd edib ki, Tehrana əvvəlcədən heç bir xəbərdarlıq edilməyib:
“Onlara xüsusi xəbərdarlıq edilmədi və bizim belə bir addım atacağımızı bilmirdilər”.
Tramp həmçinin iddia edib ki, İran Fordo nüvə obyektindən zənginləşdirilmiş uranı çıxarmayıb, çünki bu proses həm ağır, həm də son dərəcə təhlükəlidir. Onun sözlərinə görə, heç kim ABŞ qüvvələrinin bu obyektə hücum edəcəyini düşünmürdü.
Bununla belə, The Financial Times yazır ki, Avropa kəşfiyyat xidmətlərinin məlumatına əsasən, İran Fordo obyektindən təxminən 408 kiloqram zənginləşdirilmiş uranı çıxarıb və təhlükəsiz yerə köçürüb.
Bu prosesin 22 iyun tarixində tamamlandığı bildirilir./Globalinfo.az