EN

Şabranda selin yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıbVİDEO

Aprel ayında Şabran rayonunda selin yaratdığı fəsadlar hələ də aradan qaldırlmayıb-körpülər uçub, yollar dağılıb.

Xezerxeber.az-ın məlumatına görə, yağan leysan və Dəyirmançaya gələn güclü sel Əmirxanlı və Düzbilici kəndlərində olan körpüləri dağıdıb. Ən böyük çətinlik 5 kəndi birləşdirən Əmirxanlı kənd yolunda yaşanır. Bu yol həm də turstlərin daha çox istifadə etdiyi yoldur.

Ümilikdə isə körpülərin dağılmasına görə  10-dan çox kəndin gediş-gəlişi çətinləşib. Sakinlər deyir ki, hazırda çaylarda su səviyyəsi aşağı olsa da qarşıdan gələn payız-qış aylarında bu vəziyyət daha da pisləşəcək. Bəs yollarda təmir işləri nə vaxt aparılacaq? 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qeyd olunan ərazilərdə vətəndaşlar müvvəqqəti yol ilə təmin olunublar: “Hər bir körpü ilə bağli təkliflər hazirlanaraq, onun bərpasi üçün adiyyəti üzrə müraciət olunub, həmin təkliflər əsasinda maliyyə vəsaiti  ayrilan kimi tərəfimizdən təmir bərpa işləri aparilacaq".

Qeyd edək ki, apreldə müşahidə olunan leysan və sel Şabranda evlərə də ziyan vurub. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Chosen
28
xezerxeber.az

1Sources