EN

Polşa Ali Məhkəməsi Navrotskinin prezident seçkilərində qələbəsini tanıdı

BAKI, 1 iyul. TELEQRAF

Polşa Ali Məhkəməsi ölkədə 18 may və 1 iyun tarixlərində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Teleqraf xəbər verir ki, nəticələrə görə, seçkilərdə müxalifətin namizədi Karol Navrotski qalib gəlib.

"Ali Məhkəmə Karol Tadeuş Navrotskinin Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməsinin qanuniliyini təsdiqləyir", - seçki nəticələrinin təsdiqlənməsinə məsul olan Ali Məhkəmənin Fövqəladə Nəzarət və İctimai İşlər Palatasının hakimi Kşiştof Vyak bildirib.

Chosen
39
8
teleqraf.com

10Sources