EN

"Yuventus"u məğlub edən "Real" 1/4 FİNALDA

Klublarası dünya çempionatında 1/8 finalın son oyun gününə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, ilk matçda "Real" "Yuventus"la qarşılaşıb.

Cütün taleyini bir qol həll edib. İkinci hissənin əvvəlində "Real" qələbə topunu vurub. Qonzalo Qarsiya 54-cü dəqiqədə fərqlənib.

Madridlilər 1/4 finalda "Borussiya" D - "Monterrey" cütünün qalibi ilə üz-üzə gələcəklər.

Dünya çempionatı
1/8 final

1 iyul
23:00. "Real" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:0
Qol: 
Qonzalo Qarsiya, 54

Chosen
20
15
bakivaxti.az

10Sources