EN

Uimbildon Open 2025 də favoritlər üçün uğursuz mərhələ REKORD

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uimbildon Open-2025 "Böyük Dəbilqə" turnirində ilk mərhələ arxada qalıb.

İdman.biz xəbər verir ki, iki ərzində keçirilən oyunlarda sürpriz nəticələr qeydə alınıb.

TOP-10-da yer alan tennisçilər məğlubiyyət sayına görə rekord vurublar. Qadınlar və kişilərin mübarizəsində daha yüksək reytinqli 8 tennisçi mübarizəni erkən dayandırıb. Bu, 1968-ci ildən bəri Açıq Dövr adlandırılan "Böyük Dəbilqə" yarışlarının rekord göstəricisidir.

Kişilər arasında Uimbldonun ilk mərhələsində uduzan TOP-10 tennisçilər:

Aleksandr Zverev (Almaniya, 3) - Artur Rinderknes (Fransa) - 6:7 (3:7), 7:6 (10:8), 3:6, 7:6 (7:5), 4:6

Lorenzo Musetti (İtaliya, 7) - Nikoloz Basilaşvili (Gürcüstan, Q) - 2:6, 6:4, 5:7, 1:6

Nikolas Yarri (Çili, Q) - Holqer Rune (Danimarka, 8) - 4:6, 4:6, 7:5, 6:3, 6:4

Benjamin Bonzi (Fransa) — Daniil Medvedev (Rusiya, 9) — 7:6 (7:2), 3:6, 7:6 (7:3), 6:2

Qadınlar arasında Uimbldonun ilk mərhələsində uduzan TOP-10 tennisçilər:

Dayana Yastremska (Ukrayna) — Koko Qauff (ABŞ, 2) — 7:6 (7:3), 6:1

Elizabetta Kokkiaretto (İtaliya) — Cessika Pequla (ABŞ, 3) — 6:2, 6:3

Katerina Siniakova (Çexiya) — Çjen Sinven (Çin, 5) — 7:5, 4:6, 6:1

Paula Badosa (İspaniya, 9) - Keti Bulter (Böyük Britaniya) - 2:6, 6:3, 4:6

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
1
icma.az

2Sources