EN

Putinlə Makron üç ildən sonra telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında üç ildən sonra ilk telefon danışığı baş tutub, Kremlin mətbuat xidməti və Fransa mediası məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Ukraynadakı vəziyyəti, münaqişənin sülh yolu ilə həlli imkanlarını, eləcə də Yaxın Şərqdə – İran və İsrail arasında gərginlik və ABŞ-ın İrana endirdiyi zərbələr fonunda regional durumu müzakirə ediblər.

Putin bildirib ki, Ukrayna münaqişəsi Qərb dövlətlərinin siyasətinin nəticəsidir. Fransa lideri isə BFMTV-nin yaydığı məlumata görə, ölkəsinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini vurğulayıb, atəşkəs və danışıqlara çağırıb.

Putinlə Makron arasında sonuncu telefon danışığı 2022-ci ilin sentyabrında olmuşdu.

 

N.Təbrizli

Chosen
53
50
anews.az

10Sources