EN

Braziliya Prezidenti ev dustaqlığında olan sabiq Argentina liderini ziyarət etmək istəyir

BAKI, 2 iyul. TELEQRAF

Braziliya lideri Luis İnasiu Lula da Silva eEv dustaqlığında olan Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşneri ziyarət etmək istəyir. Sonuncunun vəkilləri ziyarətə icazə verilməsi üçün məhkəməyə müraciət ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Lula da Silva Cənubi Amerika Ümumi Bazarı ("Merkosur") ölkələri liderlərinin 3 iyulda keçiriləcək görüşündə iştirak etmək üçün Buenos-Ayresə gəlməyi planlaşdırır. Qəzet qeyd edir ki, Fernandes de Kirşnerin mümkün ziyarət vaxtı böyük insan kütləsinin toplaşmasının qarşısını almaq üçün gizli saxlanılır.

Məlumata görə, məhkəmə icazə tələbi ilə bağlı qərarını yaxın saatlarda qəbul edəcək.

Chosen
33
teleqraf.com

1Sources