BAKI, 2 iyul. TELEQRAF
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.
Teleqraf xəbər verir ki, Atlanta şəhərindəki "Mersedes Benz" stadionunda Almaniyanın "Borussiya" (Dortmund) və Meksikanın "Monterrey" komandaları üz-üzə gəlib.
Görüş Dortmund təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. 14-cü və 24-cü dəqiqələrdə Seru Girassi dubl edib. 48-ci dəqiqədə “Monterrey”in heyətində German Bertrame hesab arasındakı fərqi azaldıb.
Qeyd edək ki, "Borussiya" (Dortmund) 1/4 finalda İspaniyanın “Real Madrid” klubu ilə üz-üzə gələcək. Madrid təmsilçisi 1/8 finalda İtaliya “Yuventus”unu minimal fərqlə məğlub edib- 1:0.