EN

Almaniya nəhəngi Markus Reşfordla maraqlanır

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Mançester Yunayted"in hücumçusu Markus Reşford karyerasını Almaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sun" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 27 yaşlı ingilislə "Bavariya" maraqlanır. Münhen klubu hücumçunun ötən mövsüm "Aston Villa"dakı performansından razı qalıb.

Qeyd edək ki, fevralda icarə əsasında "Aston Villa"ya yollanan Markus 2024/25 mövsümündə 17 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
49
sport24.az

10Sources