EN

Husilər İsrailin Ben Qurion hava limanına raket zərbəsi endiriblər

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri İsrailin paytaxtı Tel-Əvivdəki Ben Qurion hava limanına raket zərbəsi endiriblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariya açıqlama verib. 

"Raket qüvvələrimiz “Fələstin-2” hipersonik ballistik raketindən istifadə edərək, Yaffanın işğal olunmuş ərazisində Ben Qurion hava limanına raket zərbəsi endirib. Əməliyyat öz məqsədinə nail olub", - o “Al-Masirah” telekanalına bildirib.

O, həmçinin hərəkatın İsrailin Aşkelon, Təl-Əviv və Eylat şəhərlərinə PUA-larla hücum etdiyini qeyd edib.

Chosen
26
1
xezerxeber.az

10Sources