EN

İƏT rəsmisi: Qadınların rəqamsal bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atmalıyıq

LAÇIN, 2 iyul. TELEQRAF

"Qadınların rəqamsal bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atmalıyıq".

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İstiqadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Silapberdi Nurberdiyev ilk dəfə Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumunda deyib.

O bildirib ki, təşkilat gender bərabərliyi istiqamətində mühüm addımlar atır:

"İƏT qadınların dəstəklənməsi istiqamətində israrlıdır. Qadınlar mühüm qərarların qəbul olunmasında vacib rol oynayır. Onlar iqtisadi sahədə aktiv olmalıdır. Forum çərçivəsində daha yaxşı anlayacağıq ki, qadınn güclü iqtisadi cəmiyyətin qurulmasında hansı rol oynaya bilər. Biz iqlim problemlərin həllində qadınlara imkan yaratmalı, yaşıl iqtisadiyyatda onlara fürsət tanımalıyıq. Həmçinin elm və texnologiya sahəsini inkişaf etdirməliyik".

İƏT rəsmisi vurğulayıb ki, adətən ənənəvi sahələrdə qadınlara dəstək göstərilir:,

"Bundan sonra texnologiya sahəsində də addımlar atılmalıdır. Bununla bağlı planlarımız hazırdır. Mədəni və İdman sahəsində də qadınların mövqeyini daha da gücləndirməliyik. Biz düzgün maliyyələşdirməni təmin etməliyik, real fəaliyyət keçməliyik. Qadınlar arasında rəqamsal bacarıqlar daha geniş yayılmalıdır. Biz mütləq olaraq tədbirlər görməliyik. Əsas prioritet qadınların elmi riyazi bacarıqları artırılmalıdır. Gender əsasında zorakılığın qarşısı alınmalıdır. Qadına xüsusi hörmət olmalıdır".

Chosen
29
27
teleqraf.com

10Sources