Laçın. TurkicWorld:
ECO gender bərabərliyi istiqamətində mühüm addımlar atır.
TurkicWorld xəbər verir ki, bunu ECO baş katibinin müavini Silapberdi Nurberdiyev ilk dəfə Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumunda deyib.
O qeyd edib ki, təkcə ənənəvi deyil, müasir sahələrdə də qadınlara dəstək göstərilməlidir:
"Bu gün dünyamızda qadınlar mühüm qərarların qəbul olunmasında mühüm yer tuturlar. İƏT-də qadınların dəstəklənməsi istiqamətində ciddi addımar atır. Forum qadının güclü iqtisadi cəmiyyətin qurulmasında oynadığı rolu bir daha ortaya çıxaracaq.
İƏT rəsmisi vurğulayıb ki, təkcə ənənəvi deyil Biz iqlim problemlərin həllində qadınlara imkan yaratmalı, yaşıl iqtisadiyyatda onlara fürsət tanımalıyıq:
"Həmçinin elm və texnologiya sahəsini inkişaf etdirməliyik. Məsələn, texnologiya sahəsində də addımlar atılmalıdır. Bununla bağlı planlarımız hazırdır. Mədəni və İdman sahəsində də qadınların mövqeyini daha da gücləndirməliyik. Biz düzgün maliyyələşdirməni təmin etməliyik, real fəaliyyət keçməliyik. Qadınlar arasında rəqamsal bacarıqlar daha geniş yayılmalıdır".