EN

Rosatom Türkiyədəki Akkuyu AES-in 49 faizini satışa çıxarıb

Rusiyanın Rosatom dövlət korporasiyası Türkiyədə inşa etməkdə olduğu Akkuyu AES layihəsində 49 faizlik payını satmaq üçün alıcı axtarır.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rosatom dövlət korporasiyasının nümayəndələri məlumat veriblər.

Bildirilib ki, belə bir satışın mümkünlüyü müvafiq hökumətlərarası sazişdə nəzərdə tutulub:

“İndi korporasiya potensial tərəfdaşlarla belə bir sövdələşmənin imkanlarını müzakirə edir. Sonuncular arasında türk şirkətləri də var. Eyni zamanda, belə tərəfdaşların seçimi Türkiyə tərəfi ilə razılaşdırılmalıdır”, - deyə vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
27
1
missiya.az

2Sources