EN

“Bravo”ya məxsus obyekt 2 milyona satışa çıxarıldı

Bakının Neftçilər metrosu yaxınlığında, 220 nömrəli məktəbin yanında yerləşən supermarket satışa çıxarılıb. Obyekt vasitəçi olmadan, birbaşa sahibindən təklif olunur.

Valyuta.az xəbər verir ki, obyekt 2 005 000 manatla satışa çıxarılıb.

Supermarket "Parkcity" premium yaşayış kompleksində yerləşir. Kompleksdə 435 mənzil var və tam yaşayış təmin olunub. Obyektin ümumi sahəsi 567 kvadratmetr təşkil edir.

Ticarət obyektinin 20 illik müqavilə əsasında "Bravo" supermarketlər şəbəkəsinə icarəyə verildiyi bildirilir. Müqaviləyə əsasən, icarə haqqı hər 5 ildən bir artırılacaq. Obyektin qarşısında parkinq və yaşıllıq park zonası mövcuddur. Bütün müvafiq sənədləri qaydasındadır.

Maraqlanan şəxslər ətraflı məlumat üçün (070) 222 10 92 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Mayya Hüseynova

Chosen
47
16
valyuta.az

10Sources