EN

Şose velosipedi üzrə ölkə çempionatında qrup ötüşməsi başlayıb

Bakı, 2 iyul, AZƏRTAC

Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə Xızıda keçirilən şose velosipedi üzrə ölkə çempionatında qrup ötüşməsinə start verilib.

AzVİF-dən AZƏRTAC-a verilən məlumata görə, artıq 3 yaş kateqoriyasında qaliblər məlum olub.

Yeniyetmə qızlar və oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri uğurla çıxış ediblər. 42 kilometr məsafəyə yarışda Məryəm Hüseynova və Raul Mahmudov finiş xəttini 1-ci keçərək Azərbaycan çempionu adını qazanıblar. Onların komanda yoldaşı Əli Rzazadə isə 17 yaşadək oğlanlar arasında 60 kilometr məsafəni hamıdan tez qət edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Son yarış günündə Elit/U-23 yaş kateqoriyasında mübarizə aparan kişi velosipedçilər 104 kilometr məsafəyə yarışda ölkə çempionunun adına aydınlıq gətirəcəklər.

Azərbaycan çempionatı (qrup ötüşməsi)

U-15 qızlar (42 kilometr)

1. Məryəm Hüseynova (ROEQİUGVM) – 1.29,48

2. Ceyla Həşimova (Təhsil RİM) – 1.30,01

3. Nəzrin İsbəndiyarova (ROEQİUGVM) – 1.30,03

U-15 oğlanlar (42 kilometr)

1. Raul Mahmudov (ROEQİUGVM) – 1.12,46

2. Emil Abbasov – 1.17'14

3. Ərşad Əsədov (ROEQİUGVM) – 1.23,02

U-17 oğlanlar (60 kilometr)

1. Əli Rzazadə (ROEQİUGVM) – 1.53,44

2. Teymur Cəfərov (ROEQİUGVM) – 1.53,50

3. Röyal Aslanov (Təhsil RİM) – 1.54,41.

Chosen
37
8
azertag.az

3Sources