EN

“Marvel”in sabiq baş redaktoru vəfat etdi

Komiks nəşriyyatları “Marvel”in sabiq baş redaktoru Ceyms (Cim) Şuter 74 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.


Kulis.az xəbər verir ki, Ceyms Şuter 14 yaşından etibarən peşəkar komiks yazarı olub. O,uzun illərDC Komiks üçün “Supermen” və “Superboy” seriyaları üzərində çalışıb.


Şuter 1960-cı illərin sonunda komikslərdən ayrılıb, 1970-ci illərin ortalarında DC-yə qayıdıb, daha sonra isə “Marvel”ə keçib.


Qeyd edək ki, o, sonralar “Valiant”, “Defiant” və “Brodvey” kimi bir neçə nəşriyyat təsis edib.

Chosen
16
kulis.az

1Sources