EN

Kamal Quliyev 2-ci Liqa klubunu çalışdıracaq

Azərbaycan millisinin sabiq üzvü, tanınmış futbol veteranlarından olan Kamal Quliyev məşqçiliyə qayıdıb.

Operativ Media Fanat.az-a istinadən xəbər verir ki, o, "Qaradağ Lökbatan"ın baş məşqçisi təyin olunub.

48 yaşlı mütəxəssis yeni mövsümdən 2-ci Liqada çıxış edəcək Lökbatan təmsilçisini çalışdıracaq. 

Qeyd edək ki, uzun illər millimizin şərəfini qorumuş Kamal Quliyev "Xəzər" Sumqayıt, "Neftçi", "Karvan", "Standard, "Volın" (Ukrayna) kimi klubların şərəfini qoruyub, köməkçi məşqçi kimi "Neftçi" ilə, baş məşqçi kimi isə "Neftçala" (1-ci Divizionda) ilə ölkə çempionluğunu qazanıb.

Chosen
20
50
operativmedia.az

10Sources