EN

Baş Prokurorluq: "Hadisə Rusiyada baş verib, amma Azərbaycan vətəndaşlarının hüquqları pozulursa, bu, bizim vəzifə borcumuzdur"

"Olaylar"   xəbər verir ki, Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair Baş Prokururluqda keçirilən mətbuat konfransında Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, ədliyyə müşaviri İlqar Səfərov məsələ ilə bağlı aydınlıq gətirib. Onun sözlərinə görə, Rusiya mətbuatında yayılan məlumatlarda hadisənin Rusiya ərazisində baş verdiyi qeyd olunsa da, bu, Azərbaycan hüquq-mühafizə orqanlarının prosesə münasibət bildirməməsi anlamına gəlmir:

"Biz istər Rusiya, istərsə də digər dövlət olsun - hansı ölkədə baş verməsindən asılı olmayaraq, əgər orada Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları pozulursa, bu, artıq bizim reaksiya verməli olduğumuz məsələdir. Dövlətin hər hansı bir qurumunun apardığı araşdırma bizim üçün prinsipial əhəmiyyət daşımır. Əsas odur ki, hüquqların pozulması baş veribsə, Azərbaycan tərəfi bu məsələdə mövqe bildirməlidir," - deyə İlqar Səfərov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
50
olaylar.az

10Sources