EN

"Neftçi"nin yeni transfer hədəfini tanıyın - SON DƏQİQƏ

"Neftçi"nin daha bir transfer hədəfi bizə məlum olub.

"Ağ qaralar" İmad Faraj ilə danışıqlar aparır.

Tərəflər arasında demək olar bütün məsələlər razılaşdırılıb.

Son anda hər hansı problem çıxmazsa, 26 yaşlı sağ cinah yarımmüdafiəçisi "Neftçi"nin formasını geyinəcək.

İmad son 4 mövsümdə Kiprin AEK klubunda forma geyinib.

Bu müddətdə meydana çıxdığı 158 matçda 23 qol, 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransanın U-19-a qədər olan bütün aşağı yaş millisində çıxış etmiş futbolçu "Lill"in yetirməsidir.

O, qısa müddət Belçika və Portuqaliyada da forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
26
1
sportinfo.az

10Sources