EN

İran sərhədində 10 kilodan çox narkotik ələ keçirildi

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınmışdır.

XəzərNews.az xəbər verir ki, bu barədəDövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib.

Hadisə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbər 1 dəfə oxunub.
Chosen
1
17
xezernews.az

10Sources