EN

Binəqədidə taxta sexi yandı

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, ümumi sahəsi 15 m² olan taxta sexinin yanar konstruksiyaları, açıq ərazidə 300 m² sahədə taxta, plastik taralar və diametri 50 mm olan qaz borusuna quraşdırılan 1 ədəd tənzimləyici yanıb. Qaz borusu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Chosen
18
1
moderator.az

2Sources