
Azərbaycan Mərkəzi Bankı (AMB) 2 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Kommersant.az AMB-yə istinadən xəbər verir ki, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.7000 manat olub.
Manata nəzərən avronun məzənnəsi isə 2.0054 manat təşkil edib. 1 Türkiyə lirəsi 0.0427 manat, 100 Rusiya rublu 2.1663 manat olub.