EN

Yekaterinburqda işgəncəyə məruz qalan bir nəfər Azərbaycana qayıdıb,

Rusiyanın əməliyyat axtarış qurumlarının əməkdaşları tərəfindən ən azı 14 nəfərin saxlanması, saxlanılan şəxslərdən 2 nəfər istisna olmaqla 12 nəfərin Azərbaycan vətəndaşı olması, onlardan ən azı 7 nəfərə qarşı fiziki zorakılıq və işgəncələtin tətbiqi müəyyən edilib.Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, həmin şəxslərdən 2 nəfər dünyasını dəyişib, iki nəfərin Yekaterinburqda yerləşən xəstəxanalarda müalicəsi davam etdirilir, 1 nəfər Azərbaycana qayıdıb: "Müstəntiqlərimiz tərəfindən onun barəsində tibbi ekspertiza təyin olunub. Rusiyada saxlanılanlardan 2 nəfər barəsində həbs qətiimkan tədbiri seçilib, 1-i isə buraxılıb".


Chosen
34
18
metbuat.az

10Sources