ŞUŞA, 2 iyul. TELEQRAF
Bu gün Şuşaya iki ildən bir keçirilən Liderlər Zirvəsi toplantısı üçün gəlmişik. Bu dəfəki topantıda Azərbaycan çox fərqli yanaşma sərgilədi.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin köməkçisi Çağatay Emre Öngüt Şuşada keçirilən Biznes Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, toplantının işi fərqli istiqamətlərdə forumlarla başlayıb:
“Ötən gün Gənclik Forumu keçirildi, bu gün Biznes Forumu baş tutacaq. İƏT-in bütün üzvlərindən 170-dən çox iş adamını bir araya gətirən bir görüş baş tutacaq. Bu Biznes Forumu sayca 6-cı olacaq”.
Ç.E.Öngüt əlavə edib ki, təşkilatın hazırkı iş prinsipi dövlətlərlə çalışmaqdır.
“Bundan sonrakı dönəmdə biz özəl sektor nümayəndələri ilə daha yaxından çalışmağı hədəfləyirik. Bunun ilk sınağını Şuşadakı forumda keçirəcəyik”, - o qeyd edib.