Kampaniya 4 nominasiya üzrə finala yüksələrək iki medalla təltif olunub
“Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilən “Doğru yol budur” sosial kampaniyası KIAF — Beynəlxalq Reklam Festivalında yüksək nəticə əldə edib.
Mia.az xəbər verir ki, layihə “Əməkdaşlıq və tərəfdaşlıqlar” və “Qeyri-kommersiya və xeyriyyə layihələri” kateqoriyaları üzrə gümüş medallara layiq görülüb.
Təşəbbüsün nəticəsində 900-ə yaxın gənc cüdo təlimlərinə qoşularaq zərərli vərdişlərdən uzaq durmağı seçib.
Xatırladaq ki, 2000-ci ildən etibarən keçirilən KIAF qlobal reklam, media, PR və dizayn sahəsində fəaliyyət göstərən şirkət və mütəxəssisləri bir araya gətirən aparıcı platformalardan biri hesab edilir.