EN

AFFA liqalarda iştirak etmək istəyən komandaların qeydiyyat mərhələsinə başlayıb

Bu gündən etibarən AFFA-nın təşkil etdiyi U-8, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər Liqasının 2025/2026 mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat mərhələsinə start verilir.

İdman.biz xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

Liqalara qoşulmaq istəyən yeni komandalar üçün son qeydiyyat tarixi 10 avqust, saat 14:00-a qədərdir.

Çempionatlarda iştirak etmək və qeydiyyatdan keçmək istəyənlər [email protected] elektron ünvanına müraciət etməlidirlər.

İdman.biz

Chosen
13
7
idman.biz

8Sources